Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi beynəlxalq təşkilata üzv seçilib
Azərbaycan Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzi (KİMM) kibertəhlükəsizlik üzrə daha bir beynəlxalq təşkilatın üzvü seçilib.
KİMM-dən "ICTnews" xəbər xidmətinə verilən məlumata əsasən, Mərkəz İslam Əməkdaşlıq Təşkilatı - Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzlərinin Birliyinin (OIC-CERT) tamhüquqlu üzvü seçilib.
Bu beynəlxalq təşkilatın məqsədi daha təhlükəsiz kibermühitin yaradılması üçün tövsiyələr hazırlamaq və eyni zamanda bu sahə üzrə aparıcı təcrübə və fikir mübadiləsini həyata keçirməkdən ibarətdir.
Təşkilat, kibermühitdə təhdidlərin mövcudluğunun aşkar edilməsi nəticəsində yaradılıb və onun əsas fəaliyyət istiqaməti üzv olan ölkələrin milli kompüter insidentləri ilə mübarizə qrupları arasında əməkdaşlığın təşkilidir. Son məlumatlara əsasən, bu təşkilatın Azərbaycan daxil olmaqla 20-dək üzvü var. Təşkilat bir neçə istiqamətdə fəaliyyət göstərir, lakin onun əsas məqsədi "CSIRT"-in imkanlarının artırılması və kibertəhlükəsizliyin bütün aspektləri üzrə informasiya mübadiləsinə nail olmaqdır.
Aynur Vəliyeva
26/07/13 Çap et