Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Apple” “HTC” şirkətini sıxışdırır


“Apple” şirkətinin hüquqşünasları Tayvanın “HTC” şirkətinin “Android” əməliyyat sistemi ilə işləyən smartfonların istehsalı və satışı prosesində yol verdiyi patent pozmalarına yenidən baxılmasına nail olub. “Apple” şirkətinin şikayətinə Amerika ticarət şöbəsində təkrar baxılmış olacaq. Keçən ay komissiya “HTC” şirkətinin “Apple”-ın 2 patentinin pozulmasında günahkar olduğunu bildirib. İndi Tayvan istehsalçısına qarşı ittihamlar genişlənib və təkrar müzakirənin nəticəsinə görə Amerika məmurları ABŞ-a “HTC” smartfonlarının idxalını qadağan edə bilərlər.
“HTC”-dən bildiriblər ki, onlar “Apple” şirkətinin ittihamlarını qəbul etmirlər və özləri daha əvvəl “Apple”-a qarşı şikayət ərizəsi veriblər. Bu şikayət üzrə müzakirə sentyabr ayında başlayır. Xatırladaq ki, “HTC” cari ilin mart ayının sonunda özünün yeni “Flyer Android” planşetini istehsal edib. Planşet bu yaxınlarda ABŞ-da satılmağa başlayıb. Burada o, “Apple iPad” və “Samsung Galaxy Tab” ilə rəqabət aparır.


cybersecurity.ru




09/08/11    Çap et