Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Moskva Metropoliteni pulsuz “Wi-Fi” ilə təmin ediləcək



Moskva Metropoliteni pulsuz "Wi-Fi" şəbəkəsinin yaradılması üzrə auksionun uğurla başa çatdığını bildirib.
"ICTnews" xəbər xidmətinin "www.therunet.com" saytına istinadən verdiyi məlumata əsasən, Moskva Metropoliteninin pulsuz keçirdiyi auksionun qalibi bu müqaviləyə iddia edən yeganə şirkət olan "MaksimaTelecom" olub.

Auksionun baş tutmayacağı ehtimal edilirdi, çünki ən iri rabitə operatorları, təkliflər maraqlı olmadığı üçün, iştirakdan imtina etmişdilər. Rabitə xidmətləri üzrə "B2B" bazarında işləyən və sadə istehlakçılara tanış olmayan, «MaksimaTelecom»u, bu şərtlər qorxutmayıb.

Şirkət artıq Moskva Metropolitenini pulsuz "Wi-Fi" ilə təmin etmək üçün 10 illik eksklüziv hüquqa malikdir. Baza stansiyaları qatarlarda quraşdırılmalıdır ki, istifadəçilər qatar hərəkət edərkən internetdən istifadə edə bilsinlər. Şirkət digər rabitə operatorlarına öz şəbəkəsinə çıxış təqdim edəcək və ya reklamdan qazanacaq, istifadəçilər üçün isə metroda "Wi-Fi" pulsuz olacaq. Şəbəkənin artıq gələn ildən etibarən istifadəyə verilməsi gözlənilir.

Aynur Vəliyeva
 




26/07/13    Çap et