Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanın “İndeks və ünvanların axtarışı” üzrə məlumat bazası regionda liderdir
"Azərpoçt" MMC-nin “İndeks və ünvanların axtarışı” məlumat bazası region ölkələri sırasında dövlət müəssisələrinin tətbiq etdiyi ilk layihədir. Bu xidmətdən istifadə edənlərin sayı günbəgün artmaqdadır. “Azərpoçt” MMC-nin bu layihəsi Ümumdünya Poçt İttifaqına daxil olan region ölkələr üçün nümunə hesab olunur.
“Başqa region ölkələrində bu xidmətlərə yaxın xidmətlər olsa da, Azərbaycanda tətbiq edilən bu xidmət daha mütərəqqidir. Xidmətdən istifadə etmək üçün “www.internet.azerpost.az” saytında “elektron xidmətlər” bölümünə daxil olmaq lazımdır. Bura daxil olmaqla istənilən küçənin indeksini öyrənmək mümkündür.
Həmçinin küçənin adı məlum deyildirsə, bu bazadakı elektron xəritəni yaxınlaşdırıb küçənin üstünə gəlməklə onun adını öyrənmək mümkündür. İstifadəçilər vaxt itirmədən, heç yerə getmədən mənzillərində, öz kabinetlərində əyləşərək indeksi öyrənə bilərlər.
RƏVAN
26/07/13 Çap et