Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Firefox OS” ilə işləyən ikinci smartfon təqdim edilib



 
İspaniyanın “Geeksphone” startapı “Firefox OS” əməliyyat sistemi ilə işləyən ilk kommersiya smartfonunu (Peak+) təqdim edib.

“ICTnews.az” elektron xəbər xidməti “infox.ru” saytına istinadən bildirir ki, smartfon “qHD” formatlı 4,3 düym diaqonallı ekran, 1.2 QHs takt tezlikli ikinüvəli “Qualcomm Snapdragon S4 8225” prosessoru, 1 QB əməli yaddaş və 4 QB daxili fləş-yaddaş (microSD formatlı yaddaş kartı vasitəsilə genişləndirmək mümkündür), 1800 milliamper/saat tutumunda akkumulyator, 8 meqapiksellik əsas kamera və 2 meqapiksellik ön kamera ilə təchiz edilib. Qurğu, həmçinin işıqlandırma və yaxınlaşdırma sensoru, akselerometr, GPS qəbuledicisi və “Wi-Fi 802.11n” ilə təchiz edilib. Smartfon “UMTS”-şəbəkələrdə işləyə bilir.

Startap “Firefox OS” ilə işləyən istifadəçi smartfonları istehsal edən ilk şirkətdir. İlk iki qurğu (Peak və Keon) tətbiq tərtibatçıları üçün yaradılıb.

Hazırda “Geeksphone” startapı “Peak+” smartfonuna 149 avro qiymətinə ilkin sifarişlər qəbul edir. Sentyabrdan sözügedən model "standart qiymət" üzrə satılacaq və bu ifadə altında hansı qiymətin nəzərdə tutulduğu hələ ki açıqlanmır.

 Emil Hüseynov





26/07/13    Çap et