Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yeni elektron ticarət saytı yaradılır



 
 
Azərbaycanda internet istifadəçilərinin sayının çoxalması və elektron ticarətin həcminin getdikcə artan xətt üzrə inkişaf etməsi bu sahəyə marağı artırıb. Ölkədə fəaliyyət göstərən bütün şirkətlər özlərinin saytlarını yaradaraq sifarişlərini internet üzərindən almağa başlayıblar.

Bu prosesə növbəti təkan verəcək sayt yaradılıb. Belə ki, hər bir şəxsə öz məhsulunu «onlayn bazar»a çıxartmaq, onu reklam və müştəri cəlb etmək üçün böyük imkanlar verən “www.eticaret.az” portalı hazırlanır.

“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycanda ilk olacaq bu xidmət növü sentyabr  ayında istifadəçilərin xidmətinə təqdim olunacaq. Bu sayt vasitəsilə biznes strukturları, istehlakçılar, hətta  mənzilində şirniyyat bişirib satmaqla məşğul olan xanımlar belə öz məhsullarını sata biləcək. Çünki portal satmaq istədiyiniz rəqəmsal və ya daşınan məhsullarınızı asanlıqla satış obyektinə çevirə biləcək. Bunun üçün hər hansı proqramlaşdırma vərdişlərinə malik olmağa ehtiyac da qalmayacaq.

“www.ticaret.az” portalı məhsulları asanlıqla əlavə etmək üçün bir interfeys təklif edir. Bu interfeysdən əlavə olunan məhsulları veb-saytda satışa çıxara bilmək üçün “Sifariş et”, “Səbətə əlavə et” düymələrindən əlavə, e-maillərlə göndəriləcək link və daha ətraflı görünüş üçün bir veb-saytı qoşması (widget) yaradır. Hazırlanan qoşmaları veb-səhifəyə əlavə edərək heç bir əlavə proqramlama əməliyyatı etmədən və ya bahalı alış-veriş sistemini veb-saytda qurmağa çalışmadan məhsulları satmaq mümkündür.
 
SEYMUR




26/07/13    Çap et