Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfon bazarında mövqelər dəyişir?!
"IDC" analitik şirkətinin hesabatına əsasən, 2013-cü ilin ikinci rübündə Koreya şirkəti 72,4 milyon qurğu tədarük edib ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 44% daha çoxdur. Buna baxmayaraq, "Samsung" şirkətinin bazar payı 32,2-dən 30,4%-dək azalıb.
"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, "Apple" şirkətinin tədarük həcmi ilbəil artıb. Bununla belə, "iPhone" istehsalçısının bazar payı hazırda 13.1% təşkil edir. Qeyd edək ki, 2012-ci ilin aprel-iyun aylarında sözügedən göstərici 16.6% olub.
İlk beşlikdə yer almış "LG", "Lenovo" və "ZTE" şirkətləri rübə yaxşı yekun vurublar. 12.1 milyon qurğu tədarük etmiş "LG" şirkətinin bazar payı bir ildə 108% artıb. 11,3 milyon aparat tədarük etmiş "Lenovo" şirkətində sözügedən göstərici 130% olub. Çinin "ZTE" şirkəti mağazalara 10,1 milyon cihaz tədarük edib və onun payı 4,2% artıb.
Analitiklər hesab edirlər ki, "iPhone 4" smartfonunun satış qiymətinin aşağı düşməsi "Apple" şirkətinin tədarük həcminin artmasına səbəb olub. "Samsung" şirkəti "Galaxy S III" smartfonu ilə bağlı eyni gedişdən istifadə edərək öz mövqeyini gücləndirib.
Emil Hüseynov
26/07/13 Çap et