Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Alternativ Şamaxı-Quba fiber-optik magistral kabel xətti çəkiləcək
2013-2015-ci illəri əhatə edən "Aztelekom" İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi" çərçivəsində 300 min nömrənin rekonstruksiya edilməsi şərtilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq genişzolaqlı internet xəttinin istifadəyə verilməsi nəzərdə tutulur.
Bu barədə "Rabitə dünyası" qəzetinə açıqlama verən "Aztelekom"İB-nin baş direktorunun birinci müavini, texniki direktor Zahir Vəliyevin bildirdiyinə görə, 2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında göstərilən istiqamətlər və tapşırıqlara uyğun olaraq, "Aztelekom" İB-də də geniş proqram hazırlanıb və həyata keçirilməsinə başlanılıb.
"Aztelekom" İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı" layihəsi çərçivəsində alternativ Şamaxı-Quba fiber-optik magistral kabel xəttinin çəkilişi reallaşdırılacaq.
RƏVAN
27/07/13 Çap et