Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Paytaxtda quraşdırılan portlardan 80,4 faizi genişzolaqlı internet xidmətləri göstərir
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi İKT-nin əsas infrastruktur göstəricisi olan internetin inkişaf etdirilməsi üçün yeni texnologiyaların tətbiqini sürətləndirib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə birliyin baş direktor müavini Xankişi Kişiyev məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə həyata keçirilən tədbirlər planının nəticəsi olaraq ADSL avadanlıqlarının tutumu dəfələrə artırılıb.
"Hal-hazırda Bakı şəhərində genişzolaqlı xidmətlərin göstərilməsi üçün quraşdırılan portlardan 80,4 faizi genişzolaqlı internet və digər müasir (İPTV, Videotelefon, İAD və sair) xidmətlərin göstərilməsi üçün abunəçilərin istifadəsinə verilib,"- deyə X.Kişiyev bildirib. O, 2012-ci ilin sonu ilə müqayisədə 2013-cü ilin I yarımilliyində Bakı şəhərində ADSL vasitəsilə internet xidmətlərindən istifadə edən abunəçilərin sayının 23894 ədəd (BTRİB üzrə 21312 ədəd, digər provayderlər üzrə 2582 ədəd) artdığını bildirib.
BTRİB şəbəkəsində ADSL vasitəsilə yüksəksürətli internet xidmətlərindən istifadə edən abunəçilərin sayı durmadan artdığına görə "Bakinternet" internet xidmətinin platforması yenidən qurulmuş və platformanın artan yükə dözümlülüyünü artırmaq və eyni zamanda göstərilən internet xidmətlərinin keyfiyyətinin artırılması üçün "Bakinternet" platformasının qlobal şəbəkəyə qoşulma imkanlığı 40 Gb/s-yə çatdırılaraq, platformada əlavə BRAS (CİSCO) avadanlığı quraşdırmaqla onlayn rejimində 130000 istifadəçinin platformaya qoşulma imkanlığı təmin edilib.
RƏVAN
27/07/13 Çap et