Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Mingəçevirdə qaçqın və məcburi köçkünlər üçün tikilən yeni qəsəbədə mənzillər telefonlaşdırılır
Mingəçevir şəhərində qaçqın və məcburi köçkünlər üçün tikilən yeni qəsəbədə mənzillərin telefonlaşdırılması davam edir.
Bu barədə "ICTnews" elektron xəbər xidmətinə Mingəçevir TKQ-nin rəisi Mustafa Muradov məlumat verib. Onun sözlərinə görə, yeni qəsəbədə müasir 512 nömrə tutumlu elektron ATS qurulub. "Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İB-nin dəstəyi ilə qəsəbədə məskunlaşan məcburi köçkünlər üçün bütün multimedia xidmətlərini göstərmək mümkündür. Burada ADSL portlarının da qurulması istifadəçilərin telefon rabitəsi ilə yanaşı, bütün multimedia xidmətlərinə, o cümlədən internetə çıxış imkanları artır"- deyə o bildirib.
Onun sözlərinə görə, yeni stansiya mərkəzi EATS-ə optik kabel xətti ilə bağlanıb ki, bu da istifadəçilərin daha rahat, daha keyfiyyətli rabitə xidməti ilə təmin edilməsinə şərait yaradır. M.Muradov bildirib ki, hazırda EATS-6-nın tutumu 4 min nömrəyə yaxındır. "DRES qəsəbəsində də 512 tutumlu yeni EATS istifadəyə verilib. Şəhərdə internet istifadəçilərinin sayında da kifayət qədər artım var. Belə ki, hazırda şəhər üzrə 6 mindən çox genişzolaqlı internet abunəçisi var. Bunun 2 mindən çoxu "aztelekom.net" internet provayderinin payına düşür. Şəhərdə fəaliyyət göstərən bütün internet provayderlərə bərabər şərait yaradılıb"- deyə o qeyd edib.
Şəhərdə olan dörd qəsəbədə məcburi qaçqın və köçkünlər üçün salınmış «Yeni Həyat» qəsəbəsində, Tərəvəzçilik sovxozunda, «Günəşli» qəsəbəsində, Mingəçevir kəndində də əhalinin telefona olan ehtiyacı təmin edilib.
RƏVAN
27/07/13 Çap et