Yaponiyada geotermal elektrik stansiyalarının tikintisinə başlanıb
Yaponiyanın şimalında Akita prefekturasının Kurikoma Milli Qoruğunda ilk sınaq qazmasına start verilib. Qazma işləri ölkə hökumətinin mühafizə olunan Milli Park ərazisində geotermal enerjidən istifadə layihələrinin həyata keçirilməsinə qoyduğu məhdudiyyəti aradan qaldırması sayəsində başlayıb.
Qazmaya başlanması barədə ilk məlumat verən nəhəng topdansatış neft şirkəti "Idemitsu Kosan" olub.
Qazma işləri sonrakı 3 il ərzində qoruq ərazisinin bir neçə yerində elektrik enerjisinin hasil edilməsi üçün yararlı olan istilik mənbələrinin kəşfiyyatı məqsədilə aparılacaq. Plan geotermal elektrik stansiyasının təxminən 10 ildən sonra istifadəyə verilməsini nəzərdə tutur.
"
www.cybersecurity.ru"