Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“3D” televizor istehsalçıları universal eynək yaradırlar


Dünyanın aparıcı televizor istehsalçıları üçölçülü televizorlar üçün stereoskopik eynəklə bağlı vahid standart yaratmaq niyyətindədirlər. Bu gün “Panasonic”, “Samsung”, “Sony” və “XpanD” şirkətləri “Full HD 3D Glasses İnitiative”-i elan edib. Qeyd edək ki, “3D” televizor istehsalçılarının eynəkləri arasında uyğunluq yoxdur. Buna görə də hər hansı bir marka televizorunun alıcıları eyni şirkətin üçölçülü eynəyini də almağa məcburdur. Məlumat üçün qeyd edək ki, son il ərzində üçölçülü eynəklə bağlı vahid standartın yaradılmasına çağırış bütün istehlakçılar tərəfindən dəstəklənir. Standartlaşdırma texnologiyasının ilk tərəfdarlarından biri “3D” televizorlarının müxtəlif modellərinin istehsalçıları üçün üçölçülü eynək istehsal edən “XpanD” şirkəti çıxış edib.
Cari ilin mart ayında “XpanD” şirkəti artıq “Panasonic” ilə razılaşma imzalayıb. Razılaşmanın şərtlərinə görə, şirkətlər eynək və televizorlar üçün infra-qırmızı sistemləri standartlaşdırırlar. Həmçinin, şirkətlər bir sıra texniki protokolların unifikasiyası haqqında razılaşıblar. İstehsalçılar bildiriblər ki, bazara ilk universal eynək 2012-ci ildə çıxarılmalıdır.


cybersecurity.ru




09/08/11    Çap et