Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

"Twitter"-də "layk"ın analoqu populyarlaşır


"Twitter" xidmətində mesajın yanındakı "ulduz" işarəsi tviti seçilmişlərə əlavə etmək və sonra onu asanlıqla axtarmaq üçün nəzərdə tutulub. Məlum olub ki, tvitləri heç kim və heç vaxt təkrar oxumur, lakin "seçilmiş"ə əlavə etmələrin sayı artır.

"ICTnews.az" elektron xəbər xidməti "hitech.vesti.ru" saytına istinadən bildirir ki, bu ilin may ayında istifadəçilər 1,6 milyard dəfə üzərində "ulduz" təsviri olan düyməyə sıxıblar. Sözügedən sosial şəbəkənin aktiv istifadəçilərinin aylıq auditoriyasının təxminən 200 milyon insan təşkil etdiyini nəzərə alsaq, bu, çox ciddi göstəricidir.

Emil Hüseynov




27/07/13    Çap et