Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Windows 7” üçün “Internet Explorer 11” brauzerinin ilkin versiyası istifadəyə verilib



 “Microsoft” korporasiyası “Windows 7” əməliyyat sistemi ilə işləyən kompüterlərdə icra olunmaq üçün nəzərdə tutulmuş “Internet Explorer 11” (IE 11) brauzerinin ilkin versiyasını istifadəyə verib.

“ICTnews.az” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, tərtibatçılar əmin edirlər ki, yeni versiya “IE 10” ilə müqayisədə 4% daha yaxşı məhsuldarlıq təmin edir. Həmçinin qeyd edilib ki, “IE 11” brauzeri “JPEG” qrafik formatını videokartın resursları hesabına deşifrə edən ilk brauzerdir.

Bununla da qrafik informasiyadan zəngin olan saytlarla işləyən zaman əhəmiyyətli məhsuldarlıq təmin olunur. Bundan başqa, “IE 11” brauzeri “W3C Resource Priorities” spesifikasiyasını dəstəkləyən ilk brauzerdir. Bununla əlaqədar saytların tərtibatçıları ilk növbədə hansı məlumat və resursların yüklənməsini qeyd etmək imkanı əldə ediblər.

Bununla yanaşı, brauzerin yeni versiyasında “WebGL”, “Flexbox”, “CSS” və “HTML5” texnologiyalarının bəzi standartlarının dəstəklənməsi təkmilləşdirilib.

Emil Hüseynov

 
 




29/07/13    Çap et