Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Nikah qeydiyyatı elektronlaşdırıldı
Ədliyyə Nazirliyinin (ƏN) “Nikah qeydiyyatı üçün elektron müraciət xidməti” “Elektron hökumət” portalına inteqrasiya edilib. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, vətəndaşlar xidmətdən yararlanmaq üçün ilk növbədə portalda ƏN-ə məxsus xidmətlərin təqdim olunduğu bölməyə daxil olmalıdır:
Bundan sonra, müvafiq xidməti seçərək nikahın bağlanması üçün elektron müraciət formasında hər iki tərəf müvafiq orqanı, özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s.) daxil etməklə onlayn qaydada qeydiyyat imkanından istifadə edə bilərlər.
Qeyd edək ki, interaktiv növlü elektron xidmət istifadəçilər üçün daim açıqdır və müraciət edilməsi hər hansı qaydada məhdudlaşdırıla bilməz.
CAHANGİR
29/07/13 Çap et