Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qrant müqavilələrinin elektron qeydiyyatı aparılır
"İqtisadi İnkişaf Nazirliyi (İİN) kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatını da aparır". "ICTnews.az" elektron xəbər xidmətinə verilən məlumata görə, bu fikirləri İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov sahibkarlar qarşısında etdiyi çıxışında söyləyib.
O bildirib ki, İNN eyni zamanda, cərimə və maliyyə sanksiyalarının onlayn rejimində elektron ödənilməsi üçün imkanlar yaradıb:
"Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə onlayn rejimində qəbula yazılma, müraciətlərin onlayn rejimdə qəbulu və cavablandırılması, nazirliyin məsul işçiləri ilə canlı videoəlaqənin qurulması, onlayn rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə) elektron xidmətləri göstərilir".
SEYMUR
29/07/13 Çap et