“Samsung” Şimali Amerikada televizorların satışı üzrə lider olaraq qalır
"Samsung Electronics" şirkəti 2013-cü ilin birinci yarısının yekunları üzrə Şimali Amerika bazarında televizorların satışı üzrə liderliyini qoruyub.
Belə ki, "NPD Group" şirkəti tərəfindən bazar günü dərc edilən hesabatda "Samsung"un düz ekranlı televizorlarının 2013-cü ilin yanvar-iyun aylarında Şimali Amerika bazarında payı 29,4 faiz təşkil edib. Şirkət bütün seqmentlər üzrə lider olmaqla maye-kristal televizorların (LCD) satışı üzrə bazar payını 26,9 faizə, plazma panellər seqmentində (PDP) 54,2 faizə, smart-televizorlar seqmentində 36,1 faizə və "3D"-televizorlar seqmentində 45,7 faizə çatdırıb.
Şirkət əsas uğurunu ekran diaqonalı 60 düymdən başlayan böyük televizor panelləri seqmentində qazanıb. Burada Koreya istehsalçısı 33,4 faizlik bazar payına sahib çıxıb ki, bu da 2012-ci ilin birinci yarısında qeydə alınan nəticədən 6,1 faiz çoxdur.
Qeyd edək ki, cari ilin əvvəlində "Samsung Electronics" yüksək təsvir ölçüsünə malik ultranazik televizor (UHD) təqdim edib, ayın əvvəlində isə 65-55 düymlü modellər sayəsində bahalı televizorların istehsal xəttini genişləndirib,- "Digit
www.digit.ru" saytı yazır.