Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli fotokameraların qlobal tədarük həcmi 28% azalacaq




 
Tayvanın “Digitimes Research” tədqiqat şirkətinin ekspertlərinin proqnozuna əsasən, rəqəmli fotokamera bazarının həcmi getdikcə azalacaq.

“ICTnews.az” elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əksər insanlar artıq smartfonlar vasitəsilə fotoşəkil çəkməyə üstünlük verir və smartfonların populyarlığı getdikcə artır. Buna görə də  2013-cü ildə rəqəmli fotoaparatların tədarük həcmi 28% azalaraq 71 milyon olacaq.

"Smartfon seqmentində artım davam edir ki, bu da qlobal rəqəmli fotokamera bazarında tələbatın azalması ilə nəticələnir" – deyə mütəxəssislər təsdiq ediblər.

Emil Hüseynov
 




29/07/13    Çap et