Ultranazik folqa hazırlanıb
Yaponiya alimləri tibdə və digər əksər sahələrdə geniş tətbiq ediləcək ultranazik və çox yüngül folqa icad ediblər. Tokio Universitetinin alimləri Takao Someya və Martin Kaltenbrunner materialın xüsusiyyətləri və imkanları haqqında məlumat veriblər.
Onlar bildiriblər ki, yeni heç nə kəşf etməyərək yarımkeçiricilər sənayesinin standart üsullarından istifadə ediblər. Polimer plyonka üzərinə üzvi yarımkeçirici komponentləri yaxılıb və nəticədə alimlər standart kağız səhifəsindən 28 dəfə yüngül və bir neçə dəfə nazik olan material əldə ediblər. Bundan başqa, material elastikdir, demək olar, onu cırmaq qeyri-mümkündür, 170 dərəcə selsiyədək temperatura dözə bilir və duz qarışığının içinə qoyulmaqla iki həftə ərzində öz xüsusiyyətlərini itirmir.
Artıq materialın hansı sahədə tətbiq oluna biləcəyi məlumdur. Bir kvadratmetr üçün qalınlığı cəmi 2 mikron və çəkisi 3 qram olan folqadan məişət cihazlarında – qızdırıcı elementlərdə, günəş panellərində, monitorlarda, infraqırmızı və temperatur cihazlarında istifadə olunacaq.
Lakin alimlər hesab edirlər ki, materialdan digər layihələrdə, məsələn, tibdə canlı orqanizmə temperaturu, təzyiqi və insan sağlamlığının digər həyati əhəmiyyətli göstəricilərini ölçən cihazlar daxil edildikdə ondan istifadə mümkündür. Takao Someyanın fikrincə, material super-yüngüllük və möhkəmlik sayəsində bioloji implantlarda, protezlərdə, eləcə də insanabənzər robotların yaradılmasında ideal element olacaq,- “İTAR-TASS
www.itar-tass.com” yazır.