Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Milli poçt operatoru beynəlxalq pul köçürmələri sistemləri üzrə fəaliyyətini genişləndirir
"Azərpoçt" MMC beynəlxalq pul köçürmələri sistemləri üzrə fəaliyyətini genişləndirməyə davam edir. MMC-dən verilən məlumata görə, artıq milli poçt operatorunun Şəki, Zaqatala, Qax, Oğuz, Balakən,Yevlax, Ağdam, Tərtər, Bərdə, Mingəçevir və Ağcabədi filiallarının poçt şöbələrində də "Contact", "Caspian Money Transfer" və "Migom" beynəlxalq pul köçürmələri sistemləri üzərindən əməliyyatlar həyata keçirmək mümkündür.
Yaxın zamanda bu rayonlarda "Zolotaya Korona" beynəlxalq pul köçürmələri sistemi üzərindən də pul göndərişləri və qəbulu mümkün olacaq.
CAHANGİR
29/07/13 Çap et