Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Sony” və “Panasonic” şirkətləri 300 QB-lıq “DVD” disk yaradacaqlar


 Yaponiyanın “Sony” və “Panasonic” şirkətləri 300 QB-lıq DVD həlli üzərində birgə işləməyə başlayıblar. Sözügedən həll daha öncə peşəkarlar üçün nəzərdə tutulacaq, istehsalçılar hesab edir ki, daha sonra adi istifadəçilərə də lazım ola bilər.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, hesab edilir ki, əlçatan 300 QB-lıq optik disklər böyük həcmli istifadəçi məlumatları saxlayan şirkətlərə arxivləşdirmə və ehtiyat surətin yaradılması üçün lazım olacaq.

Qeyd edək ki, ənənəvi maqnit daşıyıcılarında bir qiqabayt məlumatın qiyməti azalmağa davam edir. “Sony” və “Panasonic” şirkətlərinin yeni disklərinin onlara rəqib ola biləcəyi bilinmir.

Emil Hüseynov
 





30/07/13    Çap et