Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Britaniyada “Lenovo” firmasının kompüterlərindən istifadə etmək qadağan edilib
Britaniyanın "Mİ-5" (əks-kəşfiyyat), "Mİ-6" (xarici kəşfiyyat) dövlət qurumları öz əməkdaşlarına Çinin "Lenovo" firmasının istehsalı olan fərdi kompüterlərdən istifadə etməyi qadağan ediblər. Londonun "Independent" onlayn nəşrinin məlumatına əsasən, sözügedən firmanı Çin hökuməti dəstəkləyir.
"ICTnews.az" elektron xəbər xidməti "itar-tass.com" saytına istinadən bildirir ki, dərc edilmiş məlumata əsasən, dünyanın aparıcı kompüter istehsalçılarından biri düşünülmüş surətdə onları haker hücumlarına qarşı acıq edir. Belə ki, elektron sxem və proqram təminatı içliyi elə dəyişdirilib ki, istifadəçidən xəbərsiz kompüterə məsafədən qoşulmaq mümkün olsun.
Emil Hüseynov
30/07/13 Çap et