Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Avropada “Windows Phone” platformasının populyarlığı sürətlə artır
Analitiklər qeyd ediblər ki, Avropada "Windows Phone" əməliyyat sisteminin (ƏS) populyarlığı sürətlə artır. "Microsoft" korporasiyasının həlli "Symbian" və "BlackBerry" platformalarını ötərək artıq ikinci yerdə qərarlaşıb.
"ICTnews.az" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, "Kantan WorldPanel" şirkətinin məlumatına əsasən, Avropanın beş ən böyük bazarında (Böyük Britaniya, Fransa, İspaniya, İtaliya və Almaniya) "Windows Phone" platformasının payı 6,9% olub ki, bu da ilin əvvəlində qeydə alınmış göstəricidən (4.7%) 2,5% çoxdur.
Hesabat müəllifləri deyiblər ki, "HTC 8X", "Nokia Lumia 920", "925", "Lumia 520" və "620" modellərinin uğuru "Windows Phone" platformasının populyarlaşmasına səbəb olub.
Analitiklər, həmçinin qeyd ediblər ki, "Android" platforması (70%) Avropada ən populyar mobil əməliyyat sistemi olaraq qalır.
Emil Hüseynov
30/07/13 Çap et