Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Smartfonlar üçün səkkiznüvəli çip təqdim edilib
“MediaTek” şirkəti mobil qurğular üçün səkkiznüvəli prosessor təqdim edib. Tayvan şirkəti tərəfindən hazırlanmış prosessorda bütün hesablama nüvələri “Samsung Exynos 5 Octa” prosessorunda olduğu kimi hissələr üzrə deyil, eyni zamanda işləyir.
Bundan başqa, yeni çip dördnüvəli çiplərlə müqayisədə “Full HD” formatında videonun deşifrə edilməsi zamanı 18% daha az enerji sərf edir. “True Octa-Core” prosessoru haqqında başqa məlumat hələ ki açıqlanmır. Şayiələrə əsasən, onun takt tezliyi təxminən 2 QHs təşkil edəcək.
Emil Hüseynov
30/07/13 Çap et