Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Android” platforması ABŞ-da liderliyini möhkəmləndirir
Ötən həftə eyni anda bir neçə nüfuzlu analitik agentlik mobil telefon bazarı üzrə hesabatını dərc edib. Bu gün "Kantar" tədqiqat şirkəti də onlara qoşulub.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, sözügedən şirkət 2013-cü ilin ikinci rübü üzrə Amerikanın smartfon bazarındakı vəziyyəti araşdırıb.
Məlum olub ki, "Android" ABŞ-da ən populyar mobil əməliyyat sistemi olaraq qalır. ABŞ-da hazırda "Google"-un platformasının payı 51,5% təşkil edir.
42,5% göstəriciyə malik "iOS" platforması ikinci yerdə qərarlaşıb. Ötən illə müqayisədə "alma" şirkətinin platformasının payı 3,3% artıb. "BlackBerry" şirkətinin ABŞ-da mövqeyi zəifləməyə davam edir və hazırda Kanada istehsalçısının Amerikanın smartfon bazarında payı 1,1% təşkil edir. "Microsoft" şirkətinin "Windows Phone" platformasının payı 4% olub.
Emil Hüseynov
30/07/13 Çap et