“Apple” şirkəti “iOS 7” və “iTunes 11.1” yeni beta-versiyalarını buraxıb
"Apple" şirkəti "iOS 7.0" və "iTunes 11.1" dördüncü beta-versiyasını buraxıb.
"ICTnews" xəbər xidmətinin "
www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, hazırda hər iki məhsul "Apple Developer"də təqdim edilir.
"iOS 7.0 beta 4" əməliyyat sisteminin təsvirində qeyd edilib ki, o, yeni funksiyalar daşımır, lakin əməliyyat sisteminin yeni versiyasında köhnə səhvlər düzəldilib və sistemin istehsal gücü artırılıb.
"iOS 7.0" əməliyyat sisteminin ictimai nümayişi bu ilin payız aylarında nəzərdə tutulub. "Apple" şirkəti yeni sistemin daha iki beta-versiyasını buraxmağı nəzərdə tutub, bundan sonra isə, sentyabrın ikinci yarısında, "Golden Master" versiyasının nümayişi gözlənilir.
"iTunes 11.1" beta-versiyasında isə kontentin yayımı ilə bağlı olan radio funksiyaları yaxşılaşdırılıb.
Aynur Vəliyeva