Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan “ITU Telecom World 2013” sərgisində iştirakla bağlı hazırlıq işlərinə başlayıb
Cari ilin 18-21 noyabr tarixlərində Taylandın Banqkok şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) "ITU Telecom World 2013" sərgisi keçiriləcək. Hər il olduğu kimi, artıq Azərbaycan tərəfi də, o cümlədən Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) sərgidə iştirakla bağlı hazırlıq işlərinə başlayıb.
Artıq 156 kv. metrlik ərazi kirayələnib, dizayn işlərinə başlanılıb.
Sərgidə Azərbaycandan 50-yə yaxın şirkətin iştirakı planlaşdırılır. Hazırda şirkətlərdən müvafiq məlumatlar toplanılır. Sentyabra qədər yekunlaşaraq, toplanan məlumatlar və görülən hazırlıq işləri əsasında yekun məruzə hazırlanacaq.
Həqiqət İSABALAYEVA
30/07/13 Çap et