Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bütün avtobuslara onlayn ödəniş sistemi tətbiq ediləcək


Yaxın illərdə Azərbaycana 1 500 ədəd yeni sərnişin avtobusları gətiriləcək. Bu avtomobillərin ölkəyə 2015-ci ildə Azərbaycanda keçiriləcək I Avropa Yay Olimpiya Oyunlarına qədər gətirilməsi planlaşdırılır.

Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bildirib ki, Azərbaycandakı mövcud avtobus parklarının yenilənməsi nəqliyyatda yeni, onlayn ödəniş sisteminin tətbiqi ilə paralel həyata keçirilir.

 Nazirlik nümayəndəsinin sözlərinə görə, bu avtobuslar əsasən Cənubi Koreya və Türkiyədən Azərbaycana gətiriləcək: «Bizim əsas prinsipimiz sərnişinlərin rahatlığı və təhlükəsizliyini təmin etməkdir».

 Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında paytaxta 340 ədəd yeni sərnişin avtobusları gətirilib. Son 5 il ərzində isə ölkəyə 3 471 ədəd yeni iri və orta tutumlu avtobuslar idxal olunub.

RƏVAN
 




30/07/13    Çap et