Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
BTRİB-in elektron xidmətlərindən istifadə edənlərin sayı artıb
Bakı Telefon Rabitəsi İstehsalat Birliyi elektron xidmətləri genişləndirməkdədir. Bu barədə məlumatı BTRİB-in baş direktor müavini Xankişi Kişiyev verib.
Onun sözlərinə görə, “Dövlət orqanlarına elektron xidmətlərin göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23.05.2011-ci il 429 saylı Fərmanına və aidiyyəti üzrə RİTN-in 23 saylı 23.06.2011-ci il tarixli tədbirlər planına uyğun olaraq birlikdə abunəçilərin sorğularının avtomatlaşdırılması 122 və 155 xidmətləri vasitəsilə təmin olunaraq, əhaliyə, təşkilatlara və biznes qurumlarına telefon çəkilişi, telefonun addan-ada keçirilməsi, internet xidmətlərinə qoşulma kimi xidmətlərin elektron vasitələrlə həyata keçirilməsi təmin edilib.
Baş direktor müavini bildirdi ki, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Elektron hökumət” portalı üzərindən BTRİB-ə aid elektron xidmətlərdən 148113 abunəçi, o cümlədən 144 nəfər yeni telefon çəkilişini, 136 nəfəri telefonun addan-ada keçirilməsini, 21 nəfər nömrənin dəyişdirilməsini, 53 nəfər servis xidmətlərinin açılmasını sənədləşdirməklə və 147749 nəfər isə internet üzərindən ödəniş aparmaqla istifadə edilib.
RƏVAN
30/07/13 Çap et