Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Yaponiyanın Kibermüdafiə İnstitutu ilə memorandum imzalanıb


Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin tərkibində fəaliyyət göstərən Kompüter insidentlərinə qarşı mübarizə mərkəzi ilə Yaponiyanın Kibermüdafiə İnstitutu (Cyber Defence) arasında memorandum imzalanıb.

Bu barədə "ICTnews.az" elektron xəbər xidmətinə Kompüter insidentlərinə qarşı mübarizə mərkəzindən məlumat verilib. Mərkəzdən bildirilib ki, "Cyber Defence" ilə imzalanan memorandum kompüter insidentləri ilə mübarizə, elmi, texniki və praktiki təcrübələrin mübadiləsi məqsədi ilə qarşılıqlı əməkdaşlıq aparmağı özündə əks etdirir.

SEYMUR
 
 




30/07/13    Çap et