“Elektron hökumət” portalı vasitəsilə normativ-hüquqi aktların layihələri ilə bağlı təkliflər göndərmək mümkündür
Vətəndaşlar Azərbaycan Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələri ilə bağlı təkliflər irəli sürə bilərlər.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, “E-gov.az” “Elektron hökumət” portalının müvafiq bölməsindən (
https://projects.e-gov.az/AllServices.aspx) Nazirlər Kabinetinin və mərkəzi icra hakimiyyəti orqanlarının hazırladıqları normativ-hüquqi aktların layihələri ilə tanış olmaq olar. Hər bir vətəndaş yuxarıda göstərilən ünvana daxil olaraq informasiya sahibinin və layihənin adını seçib, layihələrin mətni ilə tanış ola, həmçinin müzakirənin bitmə müddəti ərzində öz təkliflərini göndərə bilər.
CAHANGİR