Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
POS-terminal və kompüterlə təchiz edilmiş polis avtomobilləri
Azərbaycana Dövlət Yol Polisi üçün yeni avtomobillər – Koreya istehsalı olan “KİA Sorento” markalı avtomobillər gətirilib.
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, polis polkovnik-leytenantı Kamran Əliyev bildirib ki, avtomobillərdə cərimələrin yerində ödənilməsi üçün POS-terminallar və elektron məlumat bazalı kompüterlər yerləşdiriləcək.Yeni avtomobillər əsasən yol polisinin regional bölmələri arasında paylanılacaq.
RƏVAN
31/07/13 Çap et