Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“IDC” Smartfon bazarının liderini elan etdi
“Samsung” şirkəti smartfon bazarında “Apple” üzərində liderliyi saxlamağa davam edir, baxmayaraq ki, hər iki şirkətin son rübün nəticələrinə əsasən satış həcmləri azalıb.
“www.cybersecurity.ru” saytının istinadən verdiyi məlumata görə, “IDC” analitik şirkətin hesabatına əsasən “Samsung”un aprel-iyun aylarında ümumi bazar payı 32,2%-dən 30%-dək azalıb, lakin şirkətin istehsal etdiyi smartfonların sayı 50,3 milyondan 72,4 milyonadək artıb.
“Samsung”un bazar payının artımı təkcə “Galaxy S4” hesabına baş verməyib, daha öncə buraxılmış “Galaxy S3”-ün endirimli qiymətlərlə satışı da buna zəmin yaradıb.
“IDC”-də deyirlər ki, “Apple” şirkətinin bazar payı ötən rübdə 16,6%-dən 13,1%-dək azalıb, baxmayaraq ki, o, bazara təqdim etdiyi smartfonların sayını 26 milyondan 31,2 milyon manatadək artırıb, bu da “Apple” şirkətini dünyada ikinci ən iri smartfon istehsalçısı edir.
“IDC”-nin apardığı təhlillərin nəticələrinə əsasən, “Apple” şirkətinin bu dəfə göstərdiyi satış həcmlərinin artımı onun smartfon bazarında fəaliyyəti boyunca göstərdiyi ən minimal göstəricidir. Burada “IDC” qeyd edir ki, bunun səbəbi ilk növbədə iqtisadi səbəblərə görə istehlakın azalmasıdır. İkinci səbəb isə istifadəçilərin bu ilin payızında təqdim ediləcək “iPhone 5S”-in relizinin gözləməsi ilə bağlıdır.
“LG”, “Lenovo” və “ZTE” kimi digər smartfon istehsalçılarının bazar payı artıb.
"Samsung” və “Apple” şirkətləri bazarda hələ də aparıcı oyunçu olaraq qalırlar və bu, həm də ən yüksək qiymətli smartfonlar bazarına aid edilir, şirkətlərin son cəhdləri isə onların “HiEnd”-aparatları uğrunda mübarizə etmək istədiklərini göstərir", - deyə “IDC”-nin analitiki Ramon Lamas bildirib.
Hesabata əsasən, ikinci rübdə dünya bazarında ümumilikdə 237,9 milyon smartfon satılıb, bu da ötən illə (156,2 milyon) müqayisədə 52% çoxdur.
“IDC” ilə yanaşı öz məlumatlarını “Strategy Analytics” şirkəti də təqdim edib və hesabatında bildirib ki, “Apple” artıq heç də ən gəlirli smartfon istehsalçısı deyil, o, liderliyi “Samsung”a təslim edib. “Samsung” isə smartfon satışından bu ilin ikinci rübündə 5,2 milyard dollar əldə edib.
Aynur Vəliyeva
31/07/13 Çap et