Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Yaponiya hökuməti xarici poçt xidmətlərindən imtina etmək niyyətindədir
Yaponiya hökuməti öz fayl mübadilə sistemini hazırlayacaq və “Google” şirkətinin ödənişsiz xidmətindən imtina edəcək.
Qeyd edək ki, bu yaxınlarda daxili istifadə üçün nəzərdə tutulmuş ətraf mühit məsələləri üzrə nazirliyin informasiyası səhvən fayl mübadiləsi saytlarından biri vasitəsilə internetdə açıq girişdə yerləşdirilib. Məhz bu hadisədən sonra ölkə hakimiyyəti tərəfindən müvafiq qərar qəbul edilib.
“ICTnews.az” elektron xəbər xidməti “itar-tass.com” saytına istinadən bildirir ki, "Google"-un xidmətindən istifadə zamanı hökumətin xəbərinə istənilən şəxs baxa bilər. Bununla əlaqədar Nazirlər Kabineti qısa müddətdə daxili istifadə üçün poçt sistemi yaratmaq və xarici poçt xidmətlərindən imtina etməyə dair qərar qəbul edib.
Emil Hüseynov
31/07/13 Çap et