Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
İnternet cinayətləri ölkələrə narkotik qaçaqmalçılığından daha çox ziyan vurur
Britaniya İcmalar Palatasının daxili işlər üzrə komitəsinin hesabatına əsasən, internet üzərindən həyata keçirilən cinayətlər dövlətlərə narkotik qaçaqmalçılığı ilə müqayisədə daha çox zərər vurur.
"ICTnews.az" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Norton" şirkətinin ekspertlərinin məlumatına görə, internet üzərindən həyata keçirilən cinayətkar fəaliyyətdən əldə olunan gəlir 388 milyard dollar təşkil edir. Qeyd edək ki, narkotik qaçaqmalçılığından ildə 288 milyard dollar əldə olunur.
"Biz internet müharibələrinə çox sakit tərzdə yanaşırıq, çünki onların "qurban"ları virtual məkandadır. Böyük Britaniyaya haker hücumu təhlükəsi nüvə zərbəsi ilə müqayisədə daha ciddidir" – komitənin rəhbəri, leyborist Kit Vaz deyib.
Kit Vaz hesab edir ki, internet üzərindən həyata keçirilən cinayətlərin çox vaxt araşdırılmaması problem yaradır. Onun fikrincə, hakerlər üçün həbs müddətinin artırılması məsələsini müzakirə etmək lazımdır. Həmçinin internet üzərindən həyata keçirilən cinayətlərlə mübarizəyə daha çox vəsait ayırmaq lazımdır.
Emil Hüseynov
31/07/13 Çap et