Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Planşetlər tədarük həcminə görə noutbukları ən azı iki dəfə ötəcək
"NPD DisplaySearch" analitik şirkətinin qiymətləndirməsinə görə, 2014-cü ildə qlobal bazara 364 milyon planşet kompüteri tədarük ediləcək ki, bu da standart noutbuk və çox nazik leptopların proqnozlaşdırılan tədarük həcmini (177 milyon) iki dəfə ötür.
"ICTnews.az" elektron xəbər xidməti "dailycomm.ru" saytına istinadən bildirir ki, 2017-ci ildə planşetlərin tədarük həcminin 589 milyon, çox nazik modellər daxil olmaqla, noutbuklarda isə 176 milyon olacağı güman edilir.
"NPD DisplaySearch" şirkətinin baş analitiki Riçard Şim qeyd edir ki, istehsalçılar öz planlarını yenidən nəzərdən keçirirlər və planşet kompüterləri istehsalına üstünlük verirlər. Panel və başqa elektron komponent tədarükçüləri arasında da eyni vəziyyət müşahidə olunur: onlar planşetlər üçün ekran və başqa komponenetlərin istehsalını artırırlar.
Emil Hüseynov
31/07/13 Çap et