Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“App Store”-da Azərbaycan dilinin öyrənilməsi üçün proqramlar təqdim edilib



"Azeri Apps" layihəsi çərçivəsində "App Store"-da Azərbaycan dilini öyrənmək istəyən smartfon istifadəçiləri üçün iki yeni əlavə proqram - "Azəri Əlifba" və "Azəri Rəqəm" tərtib edilərək təqdim edilib.

"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, əlavələrin istifadəyə verilməsi Azərbaycan Dili və Əlifbası Gününə - avqustun 1-nə planlaşdırılıb.

Avqustun ilk günlərində eyni zamanda bu proqramların "Google Market"də təqdim edilməsi nəzərdə tutulub.
Parlaq şəkilli qrafika və səslə müşahidə təkcə uşaqların deyil, böyüklərin də marağını cəlb edəcək. Hərflərlə və rəqəmlə tanış olduqdan sonra istifadəçi yiyələndiyi bilikləri testdən keçərək möhkəmlədə bilər. Yaxın gələcəkdə Azərbaycanda Avropa oyunlarının keçirilməsini nəzərə alsaq, demək olar ki, Azərbaycan dili Avropada bir çox insanları maraqlandıra bilər.

Aynur Vəliyeva




31/07/13    Çap et