Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Noutbuk bazarının lideri bəlli oldu


Tayvan istehsalçılarının proqnozuna əsasən, 2013-cü ilin üçüncü rübündə “Hewlett-Packard” (HP) şirkəti tərəfindən noutbukların tədarük həcminin ötən rüblə müqayisədə 20 faiz artması, “Lenovo” istehsalçısının isə 7-9 faizlik rüblük azalma ilə üzləşməsi gözlənilir. Bunu nəzərə alaraq “HP”-nin bazarda liderliyi özünə qaytaracağı güman edilir.  

Cari ilin ikinci rübündə ABŞ şirkəti dünyanın nəhəng noutbuk istehsalçısı adını rəqib Çin şirkəti “Lenovo”ya güzəştə getməli olub. “IDC” tədqiqat şirkətinin məlumatına görə, ötən rübdə “HP”-nin bu seqmentdə payı 16,3, “Lenovo”nun 16,7 faizə bərabər olub. Digər analitik şirkət “Gartner”in də statistikası “Lenovo”nun “HP”-ni xeyli üstələməsini göstərib. Bu şirkətin analitiklərinin qiymətləndirməsinə görə, istehsalçıların bazar payı müvafiq olaraq 16,7 və 16,3 faiz təşkil edib.

“HP” yüksək artım tempinə qalib olduğu tenderlər sayəsində nail ola bilər. Belə ki, şirkət Hindistanın şimalında yerləşən Uttar Pradeş ştatının hökumətindən təhsil müəssisələri üçün 1,5 milyon noutbukun tədarük edilməsinə dövlət sifarişi alıb. Bundan başqa, şirkət daha bir tenderdə uğur qazana bilər. Bu tenderdə isə Hindistan hökuməti 2 milyon portativ kompüter sifariş etmək niyyətindədir. 

Hazırda “HP” Tayvanın 3 ODM şirkəti – “Quanta Computer”, “Wistron” və “Inventeс” ilə əməkdaşlıq edir. “Quanta Computer”, “Wistron” istehlak sinfinə daxil olan modellərin istehsalı ilə məşğuldur, Inventeс”in müəssisələrində isə biznes istifadəçilər üçün nəzərdə tutulan qurğular yığılır, - "DailyComm www.dailycomm.ru” yazır.  
 
 




31/07/13    Çap et