Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
“Facebook” videoreklamdan pul qazanmağı planlaşdırır
“Facebook” sosial şəbəkəsi ilin sonunadək reklam videoçarxlarını satmağa başlayacaq. Bu barədə şirkətdəki bir neçə mənbəyə istinadən “Bloomberg” bildirib.
“ICTnews.az” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, sosial şəbəkə rəhbərliyi elan verənlərə çarxlarını birbaşa istifadəçilərin xəbər lentində yerləşdirməyə imkan verməyə hazırlaşır. Çarxların uzunluğu 15 saniyə təşkil edəcək. Məqsədli auditoriyanın sayından asılı olaraq “Facebook”da yayımlanan çarx elan verənə bir gün üçün 1-2.5 milyon dollara başa gələ bilər.
Şirkət sözügedən məsələyə münasibət bildirməkdən imtina edib.
“Bloomberg” qeyd edib ki, videoreklam satışlarına keçməyi planlaşdıran “Facebook” başqa internet şirkətlərindən geri qalmamağa çalışır.
Emil Hüseynov
31/07/13 Çap et