Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycanda daha bir bank “Microsoft Enterprise Agreement” razılaşması imzaladı
Azərbaycanın ən böyük sistem inteqratoru "ULTRA" şirkəti, "AMRAHBANK" ilə "Microsoft Enterprise Agreement" razılaşma imzalayıb. Sözügedən razılaşma "Microsoft" platformasına korporativ standart kimi üstünlük verən və fərdi kompüterlərin miqdarı 250 ədəd və daha çox olan təşkilatlar üçün nəzərdə tutulub.
Şirkətdən "ICTnews" elektron xəbər xidmətinə bildirilib ki, razılaşmanın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, "Enterprise Agreement" əldə edilməsindən əvvəl "AMRAHBANK" "Get Genuine Windows Agreement" proqramı çərçivəsində bütün işçi stansiyalar üçün "Windows" əməliyyat sisteminin baza lisenziyalarını əldə edib.
"AMRAHBANK" proqram təminatının qanuniləşməsi layihəsi üzərində aparılan işin gedişatında, "ULTRA" şirkətinin lisenziya mütəxəssisləri, serverlər və işçi stansiyalar üçün proqram təminatının standart dəstinin optimal sxemi tətbiq edilib.
Razılaşmanın üçillik müddəti ərzində banka "Software Assurance" proqramı üzrə əlavə pulsuz xidmətlər paketi təqdim ediləcək. "Microsoft" şirkətinin bu dəstək proqramı razılaşma müddəti ərzində proqram təminatının yeni versiyalarından pulsuz istifadə edilməsi, İT mütəxəssislərinin sertifikatlaşdırılmış tədris mərkəzlərində pulsuz təlimi, 24\7 texniki dəstək, həmçinin ev kompüterlərində "Microsoft Office" proqram paketindən istifadə etmək imkanı yaradır.
31/07/13 Çap et