Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Müəllif Hüquqları Agentliyi “Facebook”da
Müəllif Hüquqları Agentliyi (MHA) öz fəaliyyətində şəffaflığı artırmaq və ictimaiyyətə daha yaxın olmaq məqsədilə “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsini yaradıb.
Bu barədə "ICTnews" xəbər xidmətinə MHA-nın mətbuat xidmətindən məlumat verilib. MHA-dan bildirilib ki, sözügedən səhifədə müəlliflik hüququ və əlaqəli hüquqların, milli-mədəni irsimizin hüquqi qorunması barədə ən son məlumatlar, audio və videoçarxlar yerləşdiriləcək.
Səhifə vasitəsilə bütün istifadəçilərin əsərləri və əlaqəli hüquqların obyektlərinin istifadəsi və qeydiyyatı, həmçinin müəllif-hüquq sahəsi ilə bağlı digər sualları və müraciətləri cavablandırılacaq.
SEYMUR
01/08/13 Çap et