Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Zərdab Telekommunikasiya Qovşağının binasının abadlaşdırılması ilə bağlı tender elan edilib
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Aztelekom” İstehsalat Birliyinin Zərdab Telekommunikasiya Qovşağının inzibati və texnoloji binasının abadlaşdırılması ilə bağlı tender elan edib.
Tender Komissiyasından “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tender çərçivəsində qovşağın binasının fasadlarının və dam örtüyünün əsaslı təmiri üçün işlərin və xidmətlərin satın alınması nəzərdə tutulur.
İddiaçıların sənədləri avqustun 20-si saat 17:00-dək qəbul edilir, əlavə məlumatı 020-296-60-10 telefon nömrəsinə müraciət edərək almaq olar.
Aynur Vəliyeva
01/08/13 Çap et