Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Android” istifadəçiləri daha çox tətbiq köçürür, lakin “App Store” 2,3 dəfə daha gəlirlidir


“App Annie” analitik şirkətinin məlumatına görə, 2013-cü ilin ikinci rübündə “Google Play” tətbiq internet mağazası ilk dəfə olaraq proqramların yüklənmə sayına görə “App Store”-ni ötüb. Aprel-iyun aylarında “Android” mobil əməliyyat sistemi ilə işləyən qurğuların sahibləri internet mağazadan “iOS” əsaslı cihazların sahibləri ilə müqayisədə 10% daha çox tətbiq yükləyiblər.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, bununla belə, “App Store” internet mağazası rəqibindən 2,3 dəfə daha gəlirlidir. “iPad” və “iPhone” üçün proqramları ABŞ, Çin, Yaponiya, Böyük Britaniya və rusiyalı istifadəçilər daha çox yükləyirlər. “Google Play” internet mağazasında ilk beşlik (ABŞ, Cənubi Koreya, Hindistan, Rusiya və Braziliya) fərqlidir.

Emil Hüseynov
 
 
 
 




01/08/13    Çap et