Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

130 dollarlıq smartfon


“Xiaomi” şirkəti “Red Rice” smartfonunu təqdim edib. 312 ppi piksel sıxlığına malik 4.7 düymlük “HD” formatlı ekranla təchiz edilmiş aparatın satışlarına avqustun 12-də başlanılacaq. Büdcəyə uyğun “iPhone” smartfonunun rəqibi adlandırılmış “Xiomi” şirkətinin yeni cihazı 1,5 QHs takt tezlikli dördnüvəli “MT6589T” prosessoru ilə təchiz edilib.

“ICTnews.az” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki, smartfon 1 QB əməli və 4 QB daxili yaddaş, 8 meqapiksellik əsas və 1,3 meqapiksellik ön kamera ilə təchiz edilib və iki SİM kartla iş rejimini dəstəkləyir. Akkumulyatorun tutumu 2000 milliamper/saat təşkil edir. Aparat “Android 4.2 Jelly Bean” ilə işləyir.

Emil Hüseynov
 
 
 
 




01/08/13    Çap et