Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Naxçıvan MR-ə daxil olan internet kanalının sürəti 1 Gb/s-dək artırılıb



Naxçıvan Muxtar Respublikasının yaşayış ərazilərinin 81 faizində genişzolaqlı internet xidmətləri göstərilir.
"ICTnews" elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Naxçıvan MR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində keçirilən 2013-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.

Qeyd olunub ki, Ordubad rayonunun Dizə, Unus, Babək rayonunun Sirab, Didivar, Kərimbəyli, Gültəpə,  Culfa rayonunun Xanəgah, Şahbuz rayonunun Şahbuzkənd, Kəngərli rayonunun Çalxanqala kəndlərində DSLAM avadanlığı qurulub. Bundan əlavə Ordubad, Culfa, Şahbuz şəhərlərinə, Ordubad rayonunun Əndəmic, Dəstə, Babək rayonunun Cəhri, Şəkərabad kəndlərinə əlavə olaraq hər birinə iki ədəd, Ordubad rayonunun Vənənd, Dəstə Nüsnüs, Culfa rayonunun Əbrəqunus və Yaycı kəndlərinin isə əlavə olaraq hər birində bir DSLAM avadanlığı quraşdırılıb.

Həmçinin bildirilib ki, bu ilin fevral ayından başlayaraq muxtar respublikaya daxil olan internet kanalının sürəti 1 Gb/s-dək artırılıb, genişzolaqlı xidmətlərə görə ödənişlərin internet üzərindən onlayn həyata keçirilməsi üçün "GoldenPay" şirkəti ilə müqavilə bağlanıb. Bundan əlavə Naxçıvan şəhərində müxtəlif ünvanlarda 6 elektron kiosk qurulub.

Aprel ayının  1-dən etibarən muxtar respublikada genişzolaqlı internet xidmətlərinin tarifləri orta hesabla 30 faiz aşağı salınıb.

CAHANGİR




02/08/13    Çap et