Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi müzakirə olunacaq


Azərbaycan nümayəndə heyəti sentyabrın 11-13-də Moskvada keçiriləcək Regional Rabitə Birliyinin radiotezlik çeşidinin və peyk orbitlərinin istifadəsinin tənzimlənməsi üzrə komissiyası yanında radiotezlik çeşidinin idarəetməsi üzrə İşçi qrupun  üçüncü iclası keçiriləcək.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nümayəndələrinin iştirakı gözlənilir.

İşçi qrupun iclasında simsiz qoşulma sistemləri üçün (3G və 4G şəbəkələrinin yaradılması üçün) nəzərdə tutulmuş  800 MHz, 2,3 HHz, 2,5 HHz, 3,6 HHz radiotezlik zolaqlarının hazırkı və gələcək istifadəsi ilə bağlı hesabatların layihələrinin işçi sənədlərinə, Ku və Ka diapazonlarında VSAT peyk terminallarının istifadə edilməsinin tənzimlənməsi üzrə normativ-hüquqi bazanın formalaşdırılması, həmçinin radiotezlik çeşidinin istifadəsi üçün ödənişin alınması ilə bağlı məlumat-sorğu materiallarının layihələrə və s. məsələlərə   baxılması gözlənilir.

Aynur Vəliyeva




02/08/13    Çap et