Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Tədris-İnnovasiya Mərkəzi “Onlayn təhsilin iqtisadiyyatı və idarəedilməsi” üzrə araşdırma aparacaq


 AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Tədris-İnnovasiya Mərkəzinin (TİM) elmi-nəzəri fəaliyyəti daha da gücləndiriləcək. İTİ-dən bildirilib ki, mərkəzdə "Onlayn təhsilin iqtisadiyyatı və idarəedilməsi", "Uşaq və yeniyetmələrin internetdə təhlükəsizliyinin təmin edilməsi" və s. problemlərlə bağlı araşdırmaların aparılması nəzərdə tutulur. Artıq sözügedən araşdırma istiqamətləri üzrə müvafiq tövsiyələr də verilib.

Bundan əlavə, Tədris-İnnovasiya Mərkəzində respublikanın doktorant və dissertantlarının anket məlumatları əsasında yaradılmış informasiya sistemi üzərində monitorinq aparılaraq müxtəlif analitik icmal və bülletenlərin, sorğu kitablarının hazırlanması da məqsədəuyğun hesab edilib. Mərkəzin fəaliyyəti üzrə digər istiqamət respublikanın bir sıra ali təhsil müəssisələri və İT şirkətlərilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır.

Bu sahədə görülən işlərə gəlincə, hazırda "İnformatika" üzrə ali məktəb tələbələri arasında ümumrespublika olimpiadasının keçirilməsi, eləcə də beynəlxalq olimpiadaya hazırlıq məqsədi ilə tələbələr üçün xüsusi kursların təşkili istiqamətində işlər aparılır. Amma TİM-də hesab edilir ki, bu sahədə də bir sıra tədbirlər görülməsinə ehtiyac var.
 
 
Həqiqət İSABALAYEVA
 





02/08/13    Çap et