Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Hakerlər tərəfindən ən çox hücumlara məruz qalan sosial şəbəkə


Antivirus proqram istehsalçısı “Sophos” şirkətinin nümayəndələri üç populyar sosial şəbəkənin (Facebook, Twitter, MySpace) istifadəçiləri arasında sosioloji sorğu keçiriblər.
Sorğuda iştirak edən 2 min istifadəçinin 80 faizi “Facebook”u hakerlər tərəfindən ən çox hücumlara məruz qalan sosial şəbəkə hesab edib. Müqayisə üçün qeyd edək ki, “Twitter” və “MySpace” sosial şəbəkələri hər biri sorğuda 8 faiz səs toplayıblar.
Qeyd edək ki, “Facebook”un istifadəçiləri daha çox məxfi məlumatların oğurlanması və spamdan, “Twitter” mikrobloqunun istifadəçiləri isə hakerlərin müxtəlif saxta fondlar vasitəsilə maliyyə vəsaitlərinin toplanmasından şikayətləniblər.




09/08/11    Çap et