“3D Tile” formatı “Mpeg4” standartına daxil edilib
Beynəlxalq Standartlaşma Komitəsi “Triaxes” və “Elecard” şirkətlərində çalışan rusiyalı rezidentlərin üzərində işlədikləri “3D Tile” formatını rəsmi olaraq bütün dünyada rəqəmli televiziya yayımı üçün istifadə edilən (AVC/H.264/MPEG4 – Part 10) yayım standartına daxil edib.
“ICTnews” xəbər xidmətinin “
www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, “Triaxes” və “Elecard” şirkətləri İtaliyanın “Sisvel Technology” şirkəti ilə birlikdə “3D Tile” formatı üzərində işləyirlər ki, onun yeni nəsil “3D” televiziyası ilə (eynəksiz 3D) uyğunlaşmasına nail olsunlar.
Eynəksiz “3D” nümayiş texnologiyasının yaradılması üzərində işləyən “Triaxes Vision”, “3D Tile” formatına (Z) dərinlik kartını əlavə edib. O, rəng və ya parlaqlığa oxşar məlumatlardan ibarətdir. “3DZ Tile” formatında video yaratmaq imkanı artıq “Triaxes DepthGate” şirkətinin proqram məhsulunda və televiziya yayımı üçün proqramlarda mövcuddur.
“Tərtib edilən format universaldır və onu, bütün tip televizorlarda baxmaq mümkün olan, bir televiziya kanalının yayımı üçün istifadə etmək olar. Biz öz növbəmizdə proqram təminatına və formatın texniki inkişafına cavabdehik”, - deyə “Triaxes”in baş direktoru Aleksey Polyakov bildirib.
“Triaxes” və “Elecard”ın adından iki yeni proqrama Rusiyada patent sorğuları təqdim edilib və “Sisvel Technology” şirkəti ilə birgə beynəlxalq patentləşdirmə işləri aparılır. Formatın növbəti versiyalarını da gələcəkdə beynəlxalq standarta daxil etmək planlaşdırılır.
Aynur Vəliyeva