Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

İyul ayının ikinci yarısında NAND-yaddaşın qiyməti 9% azalıb



"Dramexchange" yaddaş çiplərinin satışı üzrə Tayvan spot meydançasının monitorinqinin nəticələrinə əsasən, NAND fləş-yaddaşının qiymətləri iyul ayının ikinci yarısında 6-9% azalıb.

"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata  əsasən, son iki ay ərzində NAND-yaddaşın qiymətləri artıb. Hazırda isə qiymətlərin düşməsi yaddaşa olan zəif tələbata əsaslanır. Tələbat çipmeykerlərin ümidlərini doğrultmur.


Bazarda hazırda payız qiymət artımı üçün zəmin var, bunu artan sifarişlərin dinamikası göstərir. Bundan başqa, hesabatda deyilir ki, bu il tələbat piki, həmişəki kimi üçüncü rübün əvvəlində yox, ortasında gözlənilir.

"Dramexchange" hesabatının proqnoz hissəsində deyilir ki, avqust ayı ərzində NAND-yaddaşı qiymətinin 10%-dək düşmə ehtimalı var.  

Aynur Vəliyeva
 




03/08/13    Çap et